ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd F-22 qırıcı təyyarəsi dünən İsrailin cənubundakı hərbi bazaya yerləşdirilib.
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Bildirib ki, bu, İranın mümkün hücumuna qarşı önləyici tədbirlərdən biridir: "Əgər savaş başlayarsa, bu təyyarələr düşmən ərazisinə daxil olaraq, hava hücumundan müdafiə sistemləri və radarlarını zərərsizləşdirmək missiyasını yerinə yetirəcək".
Tahir Şəlvəli
MİA.AZ