İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampı yalançı adlandırıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.

O, ABŞ prezidenti Donald Trampın dünən Konqresin birgə dinləməsindəki çıxışında çox böyük yalanlar danışdığını bildirib: "Peşəkar yalançılar yalan reallığı yaratmaqda xüsusi təcrübəyə malikdirlər. Nasist Almaniyasının Təbliğat naziri və Adolf Hitlerin müşaviri Cozef Göbbelsin belə bir sözü vardı: "Yalan iddianı doğru görünənə qədər təkrarlayın". Tramp da indi belə etməyə can atır. Bu qayda bu gün ABŞ hökuməti və onun müharibə qızışdırıcıları, xüsusən də soyqırımçı İsrail rejimi tərəfindən İran xalqına qarşı şeytani dezinformasiya kampaniyasında sistematik şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketləri və ölkədəki etirazlarda ölənlərin sayı ilə bağlı iddialar böyük yalanların təkrarlanmasından başqa bir şey deyil. Heç kim bu cür yalanlara aldanmamalıdır."

Xatırladaq k, Tramp İranla bağlı dünən belə deyib: "İranın Avropa və xaricdəki bazalarımızı təhdid edə biləcək raketləri var. İndi onlar ABŞ-ı vuracaq raketlər istehsal etməyə hazırlaşır"

ABŞ lideri daha sonra İrandakı aksiyalarda 32 minn insanın öldüyünü demişdi.

Tahir Şəlvəli

MİA.AZ