"Qarşılıqlı narahatlıqları yoluna qoyacaq və ortaq maraqlara xidmət edəcək misli görünməmiş böyük bir anlaşma üçün tarixi fürsətimiz var. Diplomatiyaya üstünlük verilərsə, razılaşma mümkündür."

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı ABŞ-la gözlənilən növbəti danışıqlarla bağlı müsahibəsində deyib.

Nazir növbəti görüşün də  Cenevrədə olacağını bildirib: "Bəli, dəfələrlə demişik, İran heç bir halda nüvə silahı hazırlamayacaq, lakin dinc nüvə texnologiyasından istifadə hüququndan imtina etməyəcək. Bu dəfəki danışıqlar əvvəlki raundda əldə edilən razılaşmalar əsasında davam edəcək. İran ədalətli və balanslı bir razılaşmaya ən qısa zamanda nail olmaq üçün səylərini dayandırmayacaq. Bizim fundamental mövqeyimiz aydındır"

Tahir Şəlvəli

MİA.AZ