İordaniya kralı II Abdullah İrana hücum ehtimalı ilə bağlı mühim açıqlamalar verib.
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, o, ABŞ-ın İrana hücumu zamanı ölkəsinin hava məkanının pozulmasına və ya döyüş meydanına çevrilməsinə icazə verilməyəcəyini bəyan edib.
Kral Abdullah Əmmanda əl-Hüseyniyə Sarayında jurnalistlərə açıqlamasında bildirib ki, bölgədə artan gərginliyi azaltmağın yeganə yolu dialoqdur: "İordaniya hava məkanının pozulmasına və ya döyüş meydanına çevrilməsinə icazə verməyəcək. İordaniya Krallığının və vətəndaşlarının təhlükəsizliyi hər şeydən vacibdir".
Kral Abdullah Suriyadakı vəziyyətdən də danışıb. O, Dəməşq administrasiyasına dəstəyini ifadə edib.
Tahir Şəlvəli
MİA.AZ