5 ölkə Qəzzaya qoşun göndərəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında müəyyənləşib.
Məlumata görə, beş ölkə Qəzzaya qoşun göndərməyə hazırlaşır: "İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyanın Qəzzaya hərbçilər göndərilməsi razılaşdırılıb. Beynəlxalq Sabitləşdirmə Qüvvələrində xidmət edəcək bu əsgərlər əvvəlcə Qəzzanın cənubundakı Misirlə sərhəddə yerləşən Rəfah şəhərində yerləşdiriləcək".
Xatırladaq ki, tədbirdə Türkiyə XİN başçısı Hakan Fidan da "QəzzayaHərbiçilər göndərməyə hazırıq", - deyə istəyi dilə gətirib. Lakin hələlik İsrailə görə "hə" deyilməyib.
Samir MUSAYEV
MİA.AZ