Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cavanşir Həsənov bu gün Balakəndə Şəhidlər Xiyabanıda dəfn olunub.
Mia.az xəbər verir ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.
Allah rəhmət eləsin!