"ABŞ-ın İrana mümkün hücumunu gözləyərik. Bununla bağlı orduya və mülki müdafiə bölmələrinə müharibəyə hazırlaşmaq konkret təlimat verilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O, hərbçilərklə görüşdə bildirib ki, əgər İran ABŞ-ın tələblərinə boyun əyməzsə və savaş başlayarsa, o zaman İrana xəyal edə bilməyəcəyi çox ağır zərbələr endirəcəklər: "İsrailin İrana qarşı ən böyük müttəfiqi ABŞ-la çiyin-çiyinə savaşacaq. biz bütün ssenarilərə hazırıq. Bununla belə bir məsələ dəqiqdir: əgər ayətullahlar bizə hücum etmək səhvini edərsə, inanlmaz sər cavabla qarşılaşacaqlar. Biz bu fundamntal prinsiplərimnizlə bağlı keçən həftə ABŞ Prezidenti Donald Trampa mövqeyimizi çatdırmışıq".
Samir MUSAYEV
MİA.AZ