ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar prosesinin 10 gün ərzində vəzyyəti aydınlaşacağını iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında çıxış edib.

İranın heç bir halda nüvə silahına sahib olmayacağını təkrarlayan Tramp bildirib ki, bu, Yaxın Şərqdə sülh üçün mütləqdir: "İranla əsaslı və nəticəyəyönümlü razılaşma əldə etməliyik, əks halda şox pis şeylər baş verəcək. Düzdür, xüsusi nümayəndə Stiv Vitkoff və  Cared Kuşnerin iranlılarla çox yaxşı müzakirələr aparırlar. Qarşıdakı 10 gün içində prosesin bizi hara apardığını hər kəs görəcək".

Tahir Şəlvəli

MİA.AZ