ABŞ Dövlət Departamenti daha 18 İran rəsmisini "Qara siyahı"ya alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, İranda etirazları zorakılıqla yatırılmasında xidməti olanlarla yanaşı, internetə çıxışı məhdudlaşdırılmasında rol alan 18 məmur sanksiya siyahısına əlavə olunub.

ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqot bildirib ki, bu qərar həm də İran xalqının ifadə azadlığını dəstəkləməyə xidmət edir: "İranlıların dinc toplaşmaq hüququ var. Onların nümayiş etmək hüququna maneə törədilə bilməz".

Tahir Şəlvəli

MİA.AZ