ABŞ dövlət katibi Marko Rubio Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi ilə gizli görüşlər keçirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Amerikanın daxili siyasəti ilə mötəbər mənbə kimi çıxış edən "Axios" yazıb.

"Axios"un yazısına görə, Rubio və Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro arasındakı gizli əlaqələr hazırda davam edir: "Onlar nəvə Kastronun iqtidar başına keçməsini və eymni zamanda, gələcəklə bağlı çox ciddi müzakirələr aparırlar. Bu görüşlər diplomatik kanallardan gizli və dostyana keçiriləs də, əsas məsələ Kubanın hazırkı rejiminin yola salınması və nəvə Kastronun iqtidarın başıına gətirilməsidir. ABŞ Rubio vasitəsiylə ona gələcək  "Yol xəritəsi" hazırlayıb..."

Məlumatda o da deyilir ki, yekun qərarı prezident Donald Tramp verəcək: "O isə yanacaq blokadasından sonra Kubadakı durumu çox yaxından izləyir..."

Tahir Şəlvəli

MİA.AZ