İsrail hərbçiləri bu gün işğal altındakı İordan çayının Qərb sahilində "Əl-Cəzirə" kanalının əməkdaşlarını atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Nablusun Telfit rayonunda baş verib.
Məlumatda görə, atəş nəticəsində kanaln maşını və avdanlıqları zərər görüb.
Əl-Cəzirə müxbiri Servet Şakra bildirib ki, hərbçilər onları canlı yayımda atəşə tutublar: "Onlar gülləbarandan sonra olduğumuz yerə gözyaşartıcı qaz balonu atdılar. Maşınmıza zərər dəyib, bəzi avadanlıqlarımız isə zədələnib, sınıblar. Xoşbxtlkdə ölü və ya yaralı yoxdur".
Tahir Şəlvəli
MİA.AZ