"Avropanın müdafiə sahəsində üzərinə daha çox məsuliyyət götürməsi və NATO daxilində liderlik roluna sahiblənməsi lazımdır. Bu, ABŞ-ın da NATO ilə daha sıx bağlanmasına rəvac verəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO Müdafiə Nazirləri Görüşünə deyib.
O bildirib ki, Avropa ölkələrinin imkanlar ilə NATO-nu daha da gücləndirmək lazımdır: "Avropalıların illərdir müdafiəyə ABŞ-dan daha az pul xərcləməsi narahatedicidir. İndisə bu qayda dəyişir. Bu, sevindiricidir. Eyni zamanda, ABŞ-ın da Avropa ilə birgə hərəkətinə stimul verir. Sözsüz ki, bütün müttəfiqlər birlikdə hərəkət etməlidir. Amerikalılar düşünür ki, avropalıar bunun üçün daha çox iş görməlidir."
Samir Musayev
MİA.AZ