ABŞ Nümayəndələr Palatasının üzvü Ro Xanna milyrader, pedofil Ceffri Epşteynin yayılan sənədlərinin "sehirli əl" tərəfindən senzuradan keçirildiyini bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ceffri Epşteynin sənədlərinin senzurasız versiyalarını araşdırdığını bildirib. Və qeyd edib ki, bu zaman sənədlərdə adı çəkilən 6 milyarderin adının qəsdən gizlədldiyini aşkarlayıb.
O, əlavə eidb ki, Ədliyyə Nazirliyi tərəfindən yayılan sənədlərin 70-80 faizini senzuradan keçirilir. Bununla da "məyyən adamlar"ın adının ictimaiyyətə Epşteynlə birgə yayılmasının qarşısı hansısa məqsədlə alınır.
Xanna Nümayəndələr Palatasındakı bu barədə çıxışını özünün X sosial media hesabında da paylaşıb. Çıxışda o, Nümayəndələr Palatasının digər üzvü Tomas Massi ilə birlikdə sənədləri nəzərdən keçirmək üçün bir gün əvvəl ABŞ Ədliyyə Nazirliyinə getdiyini qeyd edib: "Orada təxminən iki saat keçirdik və sənədlərin 70-80 faizinin hələ də senzura edildiyini öyrəndik. Təəssüf ki, sənədlərdə adı çəkilən altı varlı və güclü şəxsin adları da Ədliyyə Nazirliyi tərəfindən heç bir səbəb olmadan gizlədilib. Bunlar Les Veksner, Sultan Əhməd bin Süleyem, Salvatore Nuara, Zurab Mikeladze, Leonik Leonov və Nikola Kaputodur. Sual edirəm: niyə bunlarınadı bloklanıb?"
Xanna Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə senzuralı sənədlər göndərdiyini da mümkün sayıb
Samir Musayev
MİA.AZ