ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində baş verən atışmada səkkiz nəfər ölüb.

Bu barədə “Los Angeles Times” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Bundan əvvəl şəhər meri Sem Likkardo cinayətkarın polis tərəfindən zərəsizləşdirilməsi barədə məlumat vermişdi. Likkardo əlavə edib ki, atışma nəticəsində bir neçə nəfər yaralanıb.