Türkiyənin ana müxalifət partiyası CHP-lilərin sədrlik etdiyi bələdiyyələrdə həbslər davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə Giresun şəhərinin Görele rayonunun bələdiyyə başçısı Hasbi Dədə qandallanıb.
Məlumata görə, o, sosial mediada paylaşılan "cinsi təcavüzə çağırış" ittihamı ilə həbs edilib.
İttiham aktına görə, o, sosial media hesabında belə bir cnsi təcavüzlə bağlı "uyğunsuz paylaşım" edib. Bələdiyyə sədri isə bu iddianı rədd edib.
Lakin buna baxmayaraq, rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb: "Bələdiyyə sədri ifadəyə çağırılıb. İfadədən sonra o, məhkəməyə sövq edilib. Məhkəmə onu sərbəst buraxsa da, prokurorluq protest verib. Bundan sonra yenidən dindirilməyə çağırılan Hasbi Dədə barədə həbs qətmkan tədbiri seçilib. O, artıq Espiye L Tipli Qapalı Həbsxanasına köçürülüb".
Firudin Səfərli
Mia.az