Türkiyənin müxalif partiyası CHP-nin lideri özgür Özəl partiyaya qarşı siyasi həbslərin müəllifi olan İstanbul prokuroru Akın Gürlekinin ədliyyə naziri təyin olunmasını sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün səhər ani qərarla Ədliyyə naziir təyinatının ölkədə siyasi vəziyyətin daha da ağırlaşacağı anlamına gəldiyini iddia edib: "Əvvəllər siyasi vəzifə tutan, sonra partiyamıza qarşı əməliyyat keçirmək üçün İstanbulun Baş Prokuroru təyin edilmiş biri bu gün səhər saatlarında Ədliyyə Nazirliyinə təyin edilib. Bu o deməkdir ki, sabah bu günki səhərdən daha çətin olacaq. Buna heç kimin şübhəsi olmasın".

Firudin Səfərli

mia.az