"Beşiktaş"ın futbolçusu Vatslav Çerninin komandadan ayrılacağı haqda xəbər yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə yayılan xəbəri təkzib edib.
Klubdan bildirilib ki, yayılan xəbər əsassızdır: "Çerninin komandamızdan ayrılmaq istədiyini barədə yayılan xəbər tamamilıə yalan və əsassızdır. Azarkeşlərimizdən xahiş edirik, belə məlumatlara inanmayın".
Fərid ASLAN
MİA.AZ