"Neftçi" brazilyalı futbolçu transfer edib.
Mia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçunun sonuncu klubu Kipr təmsilçisi "Etnikos" olub. O, Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.
Qeyd edək ki, B.Almeyda 2024-cü ilin yayından çıxış etdiyi "Etnikos"un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.