Türkiyədə canlı efirdə yalan məlumat yaymaqla təxribat törətməkdə ittiham olunaraq saxlanılan məşhur idman şərhçisi Erman Toroğlu sərbəst buraxlılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbu məhkəməsinin bu qərarından sonra jurnalistlərin sualına cavabda efirdə səsləndirdiyi sözlərindən geri çəkilməyib 

Əksinə, o, verdiyi bu cavabla şübhələri daha da artırıb: "Məndən soruşacaqlarınızı gedin "Qalatasaray"ın prezidentiylə Futbol Federasiyasının prezidentindən soruşun!".

Xatırladaq ki, "xalqa yalan məlumat verməklə təxribat və qarşıdurmaya cəhddə" ittiham olunanToroğlunun canlı yayımda işlədiyi bu sözlərə görə istntaqa cəlb olunmuşdu: ""Qalatasaray"ın prezidenti Dursun Özbek gizli görüşdə Futbol Federasiyasının prezidentinə deyib ki, bu il çempion olmağa məhkumuq, vəziyyət çox pisdir, bizə kömək edin, bizi dəstəkləyin".

Fərid ASLAN

Mia.az