Türkiyəli məşhur idman şərhçilərindən Erman Toroğluna qarşı cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "ictimaiyyətə yalan məlumat verməkdə" ittiham olunur.
Məlumata gərə, Toroğlunun canlı yayımda ""Qalatasaray"ın prezidenti Dursun Özbek gizli görüşdə Futbol Federasiyasının prezidentinə deyib: "Bu il çempion olmağa məhkumuq, vəziyyət çox pisdir, bizə kömək edin, bizi dəstəkləyin" deyib", - sözləri ciddi qalmaqal yaradıb.
Onun bu sözləri böyük futbol azarkeşləri arasında çox böyük ajiotaja səbəb olub...
İstanbul Respublika Prokurorluğunda ifadəsi alınan şərhçi məhkəməyə sövq edilib: "Torologlu ifadəsində həmin xəbərin birbaşa şahidi olmadığını, lakin ortalıqda dolaşdığını deyib. Məhkəmə onunla bağlı bir azdan qərar verəcək".
Fərid ASLAN
Mia.az