“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır.

"Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir/Report.