İranın elm, texnologiya və bilik əsaslı iqtisadiyyat üzrə vitse-prezidenti Hüseyn Afşin xalqdan üzr istəyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 8 yanvardan bəri kəsilən internetlə bağlı açıqlama verib.
İran Gənc Jurnalistlər Klubu Xəbər Agentliyinə (YJC) danışan Afşin bildirib ki, internet kəsintiləri xüsusilə rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən informasiya əsaslı şirkətlərə və firmalara zərər verib: "Bu dövrdə baş verən kəsintilərə və pozuntulara görə şirkətlərimizdən və xalqdan üzr istəyirik".
Vitse-prezident daha sonra internetə çıxış problemləri səbəbindən probem yaşayan universitet müəllimlərinin narazılığına da aydınıq gətirib: "Tək müəllimlər deyil, doktorant tələbələrin dissertasiya müdafiələri də internetə görə axsayır. Biz bunları bilirik. Təkrar hər kəsdən üzr istəyirik. Tezliklə internet tam bərpa olunacaq".
Tahir Şəlvəli
MİA.AZ