Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.
Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
Hər 3 şəxs barəsində Sumqayıt məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki,: E.Nəbizadə jurnalist Nəsimi Nəbizadənin qardaşıdır.
***
Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
Mia.az xəbər verir ki, yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Elnur Nəbizadə və daha iki nəfər Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlardan ümumilikdə 13 kq narkotik götürülüb. Məhkəmənin qərarı ilə saxlanılanlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Elnur Nəbizadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı faktı təsdiqləyib