Kanadanın Toronto şəhərindəki ABŞ Konsulluğunda silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, diplomatik korpusa hücum olunduğu və nəticədə binada çoxlu atəş səsləri eşdidildiyi bildirilib.
Məlumatda baş verən hadisənin detalları hələ də açıqlanmayıb.
Toronto polisi Torontodakı ABŞ Konsulluğuna silahlı hücum olunduğunu təsdiqləyib: "Hazırda hücuma bağlı araşdırma gedir. Xəsarət alan yoxdur. Hücumedən şəxs axtarılır".
Firudin Səfərli
MİA.AZ