“Azadlıq Radiosu”nun əməkdaşı Vera Giriç Kiyevdə raket zərbəsi zamanı həlak olub.

Bu barədə jurnalistin həmkarı Aleksandr Demçenko açıqlama verib.

O, Rusiyanın Kiyevə endirdiyi raketlərdən birinin Giriçin yaşadığı mənzilə düşdüyünü qeyd edib.

Vera Giriçin cəsədi yalnız səhər saatlarında aşkar olunub.