Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
Mia.az xəbər verir ki, Daşkəsən rayon sakini Nağıyev Elçin ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Onun yeniyetmə oğlu hadisəni törətməkdə şübhəli bilinir.
Qeyd edilir ki, cinayət ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı K.N. saxlanılıb(qafqazinfo).
***
Gəncədə oğlu 17 yaşlı oğlu K.Nağıyev tərəfindən öldürülən 44 yaşlı Elçin Nağıyev Kəlbəcər rayon 71 nömrəli orta məktəbdə idman müəllimi və direktor müavini işləyib.
Ailə əslən Kəlbəcər rayonundandır və işlədiyi məktəb Daşkəsən rayon Quşçu kəndində yerləşir.
Nağıyevlər ailəsi isə Gülüstan qəsəbəsində məskunlaşıb. Hadisə gecə saatlarında baş verib. Mərhum 4 uşaq atasıdır.