Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Bildirilib ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda məsələyə “avtomobillər dayanıb yol verəcəklər” düşüncəsi ilə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar.

Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar.