"Çirkli pulların yuyulması" ittihamı ilə tərəfindən qəyyum təyin olunmuş "Gain Media" ilə bağlı istintaq davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq çərçivəsində məşhur aparıcı Okan Karacan da saxlanılıb.
Məlumata görə, bu media orqanının daha üç əməkdaşı da istintaqa cəlb olunub: "Aparıcı Okan Karacan İstanbul Baş Prokurorluğu tərəfindən "çirkli pulların yuyulması" istintaqının bir hissəsi olaraq saxlanılıb. Əmanət Əmanətlərinin Sığorta Fondu (ƏƏSF) "GAİN Media Inc." və "Anahat Holding Inc." şirkətlərinə də qəyyum təyin edilib. Bununla yanaşı, istintaq çərçivəsində Berkin Kaya, Barbaros Reşat Gülcan və Səlahəddin Aydın da saxlanılıb".
Firudin Səfərli
MİA.AZ