Türkiyədə sosial media platformalarındakı paylaşımlarına görə dünən saxlanılan jurnalist Sedef Kabaş bu gün sərbəst buraxılıb.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, dünən gecə Anadolu Baş Prokurorluğu tərəfindən "Prezidenti təhqir etmək" və "insanları cinayət törətməyə təhrik etmək" ittihamları ilə saxlanılan jurnalist bu gün məhkəmə qərarı ilə buraxılıb.
Məlumata görə, Anadolu Məhkəməsində ifadəsində jurnalist ittiham obyekti olan paylaşımları özünün etdiyini təsdiqləyib: "Mənə qarşı irəli sürülən ittihamla tanışam. Polis bölməsində vəkilimin yanında verdiyim ifadəni təkrarlayıram. Məndən soruşduğunuz @sedefkabas istifadəçi adı mənə məxsusdur. Hesabdan istifadə edən özüməm. Soruşduğunuz paylaşımları, o cümlədən "Hələ də yalnız əsgərlərin çevriliş həyata keçirdiyini düşünən insanlar varmı?" paylaşımını da mən etmişəm. Burada ifadə etdiyim "mülki çevriliş" ifadəsi heç bir cinayət elementi ehtiva etmir. Bu, milyonlarla insanın istifadə etdiyi bir ifadədir...".
Daha sonra məhkəmə qərarını elan edib. Qərara əsasən, Kabaş polis nəzarətinə verilib, onun ölkədən çıxışına da qadağa qoyulub: "Jurnalist həftədə iki dəfə polisə gedib qeydiyyatdan keçəcək..."
Firudin Səfərli
MİA.AZ