Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb.
Mia.az xəbər verir ki, məşhur "Konuşanlar" proqramının rəhbəri və aparıcısı Hasan Can Kaya bu gün İstanbul Prokurorluğunun təqdimatıyla səhər evində qandallanıb.
Məlumata görə, o, son aylar məşhur şəxslərə narkotik ittihamı ilə açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub: "Aparıcı aralarında müğənni “Reynmen” (Yusuf Aktaş) daxil olmaqla, saxlanılan 11 nəfər ifadələrindən sonra narkotik testi müayinəsindən keçiriləcək".
Hüseyn Namazov
MİA.AZ