Türkiyədə 379 sosial media hesabı bloklanıb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Komunikasiya təşkilatının rəhbəri Burhanəddin Duran açıqlama verib.
O, monitorinq səyləri nəticəsində terror təbliğatı və dezinformasiya yaydığı aşkarlanan və FETÖ ilə əlaqəli olduğu iddia olunan 379 sosial media hesabına qarşı qanuni tədbirlər görüldüyünü deyib: "Biz milli təhlükəsizliyimizi hədəf alan və dezinformasiya yayan bu hesabları blokladıq"
Firudin Səfərli
MİA.AZ