Həbsdə olan jurnalist Şəmşad Ağanın anası vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı onun vəkili açıqlama verib.
Vəkil bildirib ki, jurnalistin anasının dəfnində iştirak etməsi üçün aidiyyəti qurumlara rəsmi vəsatət təqdim edilib.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl jurnalistin qardaşı qızı da dünyasını dəyişmişdi.
Xatırladaq ki, Şəmşad Ağa “Meydan TV” işi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə həbs edilib.
Allah rəhmət eləsin!