1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Məlumata görə, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə haqda seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib/qafqazinfo
Qeyd edək ki, məlumatı ilk olaraq jurnalist Elvin Basqallı sosial şəbəkə hesabında yayıb.