Türkiyəli məşhur qalmaqallı şoumen Mehmet Ali Erbil qumarda bütün sərvətini uduzması və müflis lması barədə iddiaları təkzib edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yayılan xəbərlərin yalan olduğunu deyib.

Mehmet Ali Erbil bildirib ki, boşadğı keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi dəyəri 10 milyon dollardır: "Özümün də hazırda yaşadığımevin dəyəri 10 milyon dolları aşır. Bundan sonra işləməsəm belə, nəvələrimi də yüksək səviyyədə dolandıracaq qədər pulum var".

Erbil qumar oynadığını isə etiraf edib: "Ancaq qazandığım hər şeyi itirmədim. Uşaqlarımın, nəvələrimin və nəvələrimin gələcəyini təmin etdim. Onların təhsilinə də sərmayə qoymuşam. Yəni, hər şey qaydasındadır..."

Ləman
MİA.AZ