Xəbər verdiyimiz kimi ötən gün Ali Məhkəmə hazırda Rusiyada yaşayan müğənni Afət Həsənovanın (Afət Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətini rədd edib.
Məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarını qüvvədə saxlayıb.
Afət Həsənova barəsində xüsusi ittiham qaydasında şikayət onun həmkarı Vəfa Şərifova tərəfindən verilib. Lakin ifaçı Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib.
Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunduğu bildirilir.
Musavat.com bildirir ki, Afət Fərmanqızı məhkəmənin qərarına belə reaksiya verib: "Çox düz, həbssiz axtarış verilib. Yəni ki, həbs yoxdur. Di gedin dincəlin".
MİA.AZ