Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Key Starmerlə telefonda danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlər iki dövlət arasındakı münasibətlər, regional və qlobal məsələlər ətrfaında müzakirə aparıblar.
Türkiyə Cumhurbaşqanlığından bildirilib ki, tərəflər daha çox Fələstinlə bağlı son hadisələrlə bağlı fikir mübadiləsi aarıblar: "Ərdoğan Fələstində iki dövlətli həll yolunu bir daa çıxış yolu kimi vacib sayıb. Eyni zamanda, Baş nazir Fələstini dövlət olaraq tanıma qərarına görə təbrik edib".
Ərdoğan daha sonra Fələstinə dəstəyi artırmaqla yanaşı, Netanyahu hökumətini dayandırmaq üçün diplomatik təzyiqi gücləndirməyi mühim sayıb.
Firudin Səfərli
MİA.AZ