Türkiyədə ümumilikdə 89817 məscid var.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Dəyanət İşləri Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölkədə ən çox məscid İstanbulda, ən az məscid isə CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun məmləəti olan Tuncelidədir.
Beləliklə, ən çox məscidlər olan ilk 5-likdəki şəhər:
İstanbul – 3555 məscid
Konya – 3255 məscid
Ankara – 3199 məscid
Samsun – 2764 məscid
Kastamonu – 2681 məscid
Ən azı isə bu şəhərlərdədir:
Tunceli – 89 məscid
Yalova – 148 məscid
Kilis – 258 məscid
Ərdahan – 283 məscid
Iğdır – 327 məscid
Firudin Səfərli
MİA.AZ