NATO Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı keçirilən iclasdan sonra bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda Rusiyanın fəaliyyəti pislənilib.

İclasdan sonra verilən bəyanata əsasən, hadisədən sonra Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı (SACEUR) Rusiyaya məxsus 3 MiQ-31 təyyarəsinin Estoniya hava məkanını on dəqiqədən çox pozduğu barədə Şuraya məlumat verib: "NATO-nun cavabı buna çevik və qəti olub. Müttəfiqlərin təyyarələri dərhal havaya qalxaraq rus qırıcılarını Estoniyanın hava məkanından çıxarıblar. Bu pozuntu Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışının bir hissəsi hesab edir və Şuranın 4-cü maddəsi çərçivəsində gərəkli addımlar atılacaq"

Tahir Şəlvəli
MİA.AZ