"Fransanın bu qərarı tarixi və cəsarətli addımdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Fələstin Xarici İşlər Nazirliyinin Fransanın Fələstin Dövlətini rəsmən tanıması barədə qərarına münasibətdə yer alıb.
Fələstin XİN-dən bildirilib ki, Emmanuel Makron bu qərarı ilə beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə uyğun davranıb: "Bu qərar həm də sülh və iki dövlətli həllə nail olmaq səylərinə əvəzsiz töhfə verəcək"
Tahir Şəlvəli
MİA.AZ