Türkiyənin Xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 80-ci iclası üçü getdiyi Nyu Yorkda ikitərəfli görüşlər keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan Nyu Yorkdakı Türk Evində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhanı qəbul eidb.  

Məlumata görə, o,  Türk Evində daha sonra Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə görüşüb.

Bildirildiyin görə, hər iki görüşdə ikitərəfli münasibətlər, o cümlədən bölgədəki münaqişə məsələləri müzakirə olunub.

Samir Musayev
MİA.AZ