ABŞ-ın İndianapolis şəhərində silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İndianapolis Polis Departamenti məlumat yayıb.
Bildirilib ki, gecə dayanacaqda atışma olub: "Hadisə zamanı 5 nəfər güllələnib, onlardan ikisi hadisə yerində ölüb, üçü isə yaralı halda xəstəxanaya çatdırılıb".
Məlumatda deyilir ki, hadisıə ilə bağlı aparılan araşdırma zamanı daha iki nəfərin güllələndiyi məlum olub: "Yaralanan o iki nəfər özləri hadisə yerindən qaçıblar. Lakin vəziyyətləri pis olduğundan biri özünü xəstəxanaya çatdıırb, digəri isə yaxınlıqdakı yanğınsöndürmə bölməsinə gedəərk kömək istəyib. Hadisə ilə bağlı araşdırmalar davam edir".
Firudin Səfərli
MİA.AZ