İtaliyanın Rimini şəhərində Oktyabr ayında keçiriləcək turizm sərgisində İsrailin stendinə icazə verilməyəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərarı Riminidə sərgnin təşkilatçıları və yerli bələdiyyə verib.
Məlumatda deyilir ki, bu barədə israil tərəfinə rəsmi məktubla məlumat verilib.
İsrail tərəfi isə qərarı qərəzli adlandırıb və İran faktoruna diqqəti çəkib: "Bu qərar əslən İrandan olan və 2021-ci ildə Demokratik Partiyadan Rimini şəhərinin meri seçilən Sadegholvaadın təsiri ilə qəbul edilib. Qərar qəbuledilməz və qərəzlidir..."
İtaliyanın turizm naziri Daniela Santançe də qərardan təəccübləndiyini deyib
Tahir Şəlvəli
MİA.AZ