İsrailin Qəzzaya hücumu davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda həyata keçirilən hücum zamanı 98 nəfər həlak olub.
Qəzzadakı Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutkada 385 nəfər isə yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən bu günədək Qəzzada ölənlərin sayının 65062 nəfərə, yaralananların sayı isə 165 697 nəfərə çatıb".
Tahir Şəlvəli
MİA.AZ