Yəməndən İsrailə PUA-larla hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Bildirilib ki, Yəməndəki husuilər qəzzalılara dəstək məqsədiylə İsrailin cənubuna kamikadze PUA-lar yönləndiriblər: "İsrail təhlükəsizlik qüvvələri bu səbəbdən Ramon hava limanını yenidən uçuşlara qapadıblar".

Məlumatda deyilir ki, Beer Ora (Ərəb Vadisi) bölgəsinə səzan PUA-lar zərərsizləşdirilsə də, təkrar hücum ehtimalına qarşı hava limanının fəaliyyəti hələlik bərpa olunmayıb.

Tahir Şəlvəli
MİA.AZ