İspaniya Baş naziri Pedro Sançez dünən təsis müqavilələri imzalanan ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Qəzza Sülh Komitəsində üzv olmaqdan imtain edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Komitədə Fələstin Muxtariyyətinin təmsil olunmamasını anlamadıöını da sözlərinə əlavə edib.

Bildirib ki, Trampın dəvətinə rəğmən, Sülh Komitəsində təmsil olunmayacaqlar: "Dəvət üçün təşəkkür edirik, amma qatılmağı rədd edirik"

Xatırladaq ki, dünən Davosda ABŞ da daxil olmaqla, cəmi 22 ölkə Sülh Komitəsinin rəsmən üzvü olub. Azərbaycan və qardaş Türkiyə də üzv olunan ölkələr arasındadır.

Samir Musayev

Mia.az