Belarus Xarici İşlər Nazirliyi Polşa və Latviyanın Belarus sərhədi boyunca hava məkanını bağlamaları barədə bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda qərar pislənilib.
Nazirlikdən bildirilib ki, Polşa və Latviyanın uydurma bəhanələrlə belə qərar qəbul etmələri anlaşılmazdır: "Xüsusən də ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etməsi kontekstində bu qərar absurddur və qətiyyətlə pislənilir. Bu, eyni zamanda, Avropa İttifaqına və onun tərəfdaşlarına ciddi ziyan vuracaq, beynəlxalq sərnişin və yük daşımalarında mövcud çətinlikləri daha da gücləndirəcək. Həmçinin, qarşı tərəfin və Avropa İttifaqının özünütəcridini dərinləşdirəcək".
Bəyanatın sonunda insk Qərb tərəfdaşlarını sülh və təhlükəsizlik maraqları naminə məsuliyyətli və konstruktiv qarşılıqlı fəaliyyətə çağırıb.
Xatırladaq ki, Polşa sabahdan Rusiya və Belarusun birgə keçirdiyi "Zapad-2025" hərbi təliminə cavab olaraq sərhədə təxminən 40 min hərbçi yeridəcək və bütün quru yolları da qapadacaq.
Lamiyə
MİA.AZ