İranın Xarici İşlər naziri Abbas Araqçı Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən Davosda etdiyi çıxışda Tehranı hıədəfə almasına sərt cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Zelenskiyə ünvanlı "Dünya artıq təlxək klounlardan (palyaço) bezib", - deyə mesaj verib: "Cənab Zelenski, dünya artıq təlxək klounlardan bezdi, yoruldu. Sizin muzdlu əsgərlərlə dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini necə müdafiə etməyi bilirlər".
Nazir daha sonra Kiyev rejimini korrupsiyada ittiham edib: "Ukrayna rəsmiləri ABŞ və Avropadan maliyyə yardımı ilə varlanırlar. Ancaq utanmadan ABŞ-ın İrana qanunsuz hücum etməsini istəyirlər. Özü də BMT-nin Nizamnaməsini pozmaq şərtiylə..."
Xatırladaq ki, Zelenski Davosda tribunadan İranakı aksiyalar zamanı dünyanın yetərisz qalmasına diqqət çəkib: "İran xalqı bu etiraz prosesində kifayət qədər kömək almadı, Avropa təcrid edilib, ABŞ-ın İrandakı hadisələrlə bağlı necə hərəkət edəcəyini gözləyir".
Tahir Şəlvəli
MİA.AZ