İsrail ordusu dörd gün əvvəl girdiyi İordan çayının Qərb Sahlində yerləşən bəzi ərazilərdən geri çəkilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hərbçilər cənubda yerləşən Xevron rayonundan isə tamamilə çıxıblar.
Məlumata görə, dörd günlük blokada, komendant saatı və müxtəlif qadağalardan sonra geri çəkilən hərbçilərin bu addımı bölgədə atəşfəşanlıqla qeyd olunub: "Fələstinlilər küçələrə çıxaraq bu anı bayrama çeviriblər..."
İsrailin "12-ci Kanal" televiziyası isə ordunun Xevrondakı planlı hərbi əməliyyatını bitirdiyini açıqlayıb: "Plana əsasən, 350 evdə axtarış aparılıb, 14 terrorçi saxlanılıb"
Tahir Şəlvəli
MİA.AZ