Nigeriya millisinin heyətində zədələnən "Qalatasaray"ın qolçusu Viktor Osimhenin növbəti matça çıxa bilməyəcəyini dəqiqləşdirən İstanbul klubunun rəhbərliyi maraqlı addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  klub Ruanda yığması ilə matçda zədələnən Osimhen üçün Nigeriyaya özəl  təyyarə göndərib. 

Məlumata görə, nigeriyalı futbolçu İstanbula gətirilib orada tibbi müayinədən keçəcək.

"Qalatasaray"ın  Baş məşqçisi Okan Buruk bildirib ki, Osimhen ayağından zədələnib: "Vəziyyətini dəqiq bilmirik"

Zülfiyyə 
MİA.AZ