Türkiyə Milli Futbol Komandası 2026-cı il Dünya Kuboku pley-off finalında bu gün səfərdə Kosovo yığması ilə ilə qarşılaşacaq. 

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir k, oyundan əvvəl baş məşqçi Vinçenzo Montella jurnalistlərə açıqlamalar verib.

İtalyan məşqçi bugünki matçda da qələbə qazanaraq DŞ-2026-ya vəsiqə üçün çalışacaqlarını deyib: “Rəqibimiz Kosovo layiqli mübarizə ilə finala yüksəlib. Rəqib oyun üslubu çox aydındır, taktiki quruluşları göz qabağındadır. Sabah hər ii ölkə yığması üçün final matçıdır. Və biz mümkün olan ən yaxşı şəkildə hazırlaşaraq nə etməli olduğumuzu bilirik. Bu, finaldır. Əlimizdən gələni edəcəyik. Rəqibin güclü tərəflərini bilirik. Həmçinin onların güclü tərəflərini necə cilovlamağı da bilirik. Oyun planlarımız üzərində işlədik və öz güclü tərəflərimizi vurğulamaq üçün strategiyalarımızı düzəltdik. Sabah hamımız üçün fərqli bir matç ola bilər. İstədiyimiz məqsədə çatmaq istəyirik."

"Mən həqiqətən özümü türk kimi hiss edirəm", - deyən Vinçenzo Montella bildirib ki, hər kəs onların son saniyəyə qədər mübarizə aparacaqlarını görəcəklər.

Fərid ASLAN
MİA.AZ